Belarus Rusiyaya uçuşları bərpa edir
Dünya 22 Sen 2020 18:54:00 152 0
Belarusun "Belavia" şirkəti sentyabrın 30-dan etibarən Rusiyaya uçuşları bərpa edəcək.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Belavia"nın mətbuat xidmətindən bildirilib.
Məlumata görə, aviaşirkət həftədə bir dəfə Moskvanın Domodedovo hava limanına uçuşlar həyata keçirəcək: "Minskdən Moskvaya uçuşları sentyabrın 30-dan etibarən həftədə bir dəfə çərşənbə günləri başlayacaq. Aviaşirkət Rusiya tərəfindən Domodedovo aeroportuna bir aviareys üçün icazə alıb".
Qeyd edək ki, sentyabrın 23-də aviaşirkətə COVID-19 şəraitində uçuşlar zamanı Rusiya tərəfinin tətbiq edilən bütün məhdudiyyətlər barədə məlumat veriləcək.
Mənbə: milli.az