AMEAda orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb


Digərləri 22 Sen 2020 19:17:00 141 0

AMEAda orfoepiya lüğətinin hazırlanması üçün işçi qrup yaradılıb

"Azərbaycan dilinin milli orfoepiya lüğəti"nin hazırlanması üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İşçi qrup yaradılıb və bu istiqamətdə müvafiq iş aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri, akademik İsa Həbibbəyli Şuranın iclasında deyib.

Akademik bildirib ki, cari ildə 8 dildə Azərbaycan dilinin Milli Transliterasiya Sisteminin yaradılması və təqdimat mərasiminin keçirilməsi, eləcə də "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin çap prosesində olması əlamətdar hadisədir.

Son.az