Atasını axtaran qadın yüzlərlə bacıqardaşının olduğunu öyrəndi


Digərləri 22 Sen 2020 18:57:00 161 0

Atasını axtaran qadın yüzlərlə bacıqardaşının olduğunu öyrəndi

Atasız böyüyən qız hər zaman onu tanımaq istəyini qəlbində gəzdirib. Ancaq təsadüf nəticəsində kişinin kimliyini və üstəlik yüzlərlə bacı-qardaşının olduğunu öyrənəndə heyrətə düşüb.

Bu barədə "Daily Mail" xəbər yayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Fiona Derrok 1966-cı ildə Cənubi Afrikada dünyaya gəlib. Atasız böyüsə də, böyük və mehriban ailənin nə demək olduğunu bilib. Bütün qohumları arasında isə ən çox xaç atası olan ginekoloq-həkim Norman Uokeri çox istəyib.

Qızın Normanla gözəl münasibəti olub, ancaq 1977-ci ildə kişi intihar edib.

Fiona müəyyən vaxtdan sonra çox sevdiyi xaç atasının bioqrafiyasını öyrənmək qərarına gəlib. Öyrəndikləri onu şoka salıb: Sən demə Norman onun atası imiş. Qadın tədqiqatlarını davam edirdikdə heyrəti daha da artıb. Norman sonsuzluğun müalicəsinin tabu olduğu vaxtlarda bir çox pasiyentlərə könüllü şəkildə donorluq edib. Nəticədə Fiona ABŞ, İrlandiya, Yeni Zellandiya, Böyük Britaniyada, Cənubi Afrika və Avstraliyadan ümumilikdə 300-ə yaxın bacı-qardaşının olduğunu öyrənib.

"Onların hamısı müxtəlif yaşlardadır", - deyə gənc qadın vurğulayıb.