“Toy müğənnisiyəm və bununla da fəxr edirəm”


Şou-biznes 22 Sen 2020 18:29:00 176 0

“Toy müğənnisiyəm və bununla da fəxr edirəm”

ARB TV-nin "Xəbər Ətər" verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub. Son.az xəbər verir ki, müğənni trend olmaqdan və geyim stilindən danışıb: "Hər gün mənim kimi toydasansa bu trenddir. Mən toy müğənnisiyəm və bununla fəxr edirəm. Çünki toyun özü böyük bir məktəbdir. Ora müxtəlif zövqdə insanlar gəlir və hər insan bir mahnı istəyir. Hər insanı feyziab edə bilirsənsə, deməli sən, bir əppək paranı vurdun. Geyim məsələsi oxuduğun janıra uyğun olmalıdır. Mən həyatda çox müasir xanımam. Hər yerin öz geyimi var. Tərs kepka qoyub, cırıq cinslə xalq mahnıları oxumaq da alınmır". Qeyd edək ki, "Xəbər Ətər" verilişi ARB TV-nin yeni mövsüm layihələrindən biridir. Veriliş həftə içi 5 gün saat 09:55-də canlı olaraq tamaşaçıların evinə qonaq olacaq.

Son.az