Sevil Mikayılova: Bu gün Ermənistan rəhbərliyi sülhə yox, müharibəyə hazırlaşır VİDEO


Siyasət 22 Sen 2020 16:46:00 135 0

Sevil Mikayılova: Bu gün Ermənistan rəhbərliyi sülhə yox, müharibəyə hazırlaşır  VİDEO

Çox təəssüf ki, bu gün Ermənistan rəhbərliyi sülhə yox, müharibəyə hazırlaşır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova "ARB 24" kanalına müsahibəsində deyib.

Deputat bildirib ki, Ermənistanın təxribatçı əməllərlə məşğul olması, Azərbaycanla sərhəddə və cəbhə xəttində gərginliyi artırması daha şiddətli xarakter alıb.

S.Mikayılova vurğulayıb ki, bu cür əməllərin daha intensiv fazaya daxil olması sözsüz ki, Paşinyanın sülhə yox, müharibəyə hazırlaşmasından xəbər verir.

Müsahibənin tam versiyasına aşağıdakı videoda baxa bilərsiniz: