İnsanların gözü qarşısında qızını KƏMƏRLƏ DÖYDÜ


Dünya 22 Sen 2020 17:25:00 132 0

İnsanların gözü qarşısında qızını KƏMƏRLƏ DÖYDÜ

Kişi insanların gözünün qarşısında qızını kəmərlə döyüb. Buna səbəb isə qızının Boqotada keçirilən etiraz aksiyalarında iştirak etməsi olub.

Bu barədə "Daily Mail" xəbər yayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Norbeli Restrepo 19 yaşlı qızı Kərimədən nümayişlərdə iştirak etməməsini istəyib. Lakin qızı onun sözünə qulaq asmayıb və aksiyalara qoşulub. Bunu öyrənən ata hadisə yerinə gələrək elə etirazçıların gözü qarşısındaca onu kəmərlə döyməyə başlayıb.

Polislər qəzəbli ataya mane olmağa çalışsa da, buna asanlıqla nail ola bilməyiblər.

Sonradan kişi bunu qızının həyatı üçün qorxduğundan etdiyini deyib.

"Küçəyə çıxıb qızımı ölənlərin arasında, ya da əlil arabasında görmək istəmirəm", - deyə o, bildirib.

Qeyd edək ki, Kolumbiyada yerli sakinlərdən birinin polis zorakılığının qurbanı olması ilə etiraz aksiyaları başlayıb. Onun karantin qaydalarını pozduğu üçün hüquq mühafizəçiləri tərəfindən saxlanıldığı bildirilir. Məlumata görə, Xavyer Ordanyesə qarşı dəfələrlə elektroşoker istifadə edilib və nəticədə kişi ölüb.