Roza Zərgərlidən açıqsaçıq


Şou-biznes 22 Sen 2020 16:48:00 150 0

Roza Zərgərlidən açıqsaçıq

Müğənni Roza Zərgərli yeni mövsümə fərqli fotosessiya ilə başlayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi 4 müxtəlif obrazda obyektiv qarşısına keçib. Zərgərlinin fərqli şəkillərinin müəllifi fotoqraf Elmir Mikayılovdur. Sənətçinin stili üzərində Babək Qədirov çalışıb.

Müğənni bildirib ki, karantin günlərində yeni iş təqdim etməsə də yaradıcılığı üçün bir çox layihələr planlaşdırıb:

"Bu, sadəcə, mövsümün başlanğıcıdır. Bundan sonra fotosessiyalar da, maraqlı layihələr də çox olacaq. Karantində sakit oturmadım, bütün günü yeniliklər düşünürdüm. Yeni fotosessiyam səssizliyimi pozmağım olsun. Qarşıda mahnılar və kliplər var".