Bu saatlarda avtobus yaşlılar üçün pulsuz olacaq


Dünya 22 Sen 2020 16:35:00 168 0

Bu saatlarda avtobus yaşlılar üçün pulsuz olacaq

Türkiyədə koronavirusla bağlı daha bir məhdudiyyət tətbiq edilib.

Son.az haberler-ə istinadla xəbər verir ki, yeni qadağalar Türkiyənin Ədirnə vilayətində tətbiq ediləcək. Bu məhdudiyyətlər 65 yaşdan yuxarı insanlar üçün nəzərdə tutulub.

Koronavirusa yoluxma ilə mübarizə çərçivəsində qəbul olunan qərara görə Ədirnə vilayətində 65 yaşdan yuxarı şəxslər saat səhər 10-dan gündüz 3-ə qədər ictimai nəqliyyatdan ödənişsiz şəkildə istifadə edə biləcəklər. Qalan saatlarda isə ictimai nəqliyyat həmin şəxslər üçün də ödənişli olacaq.

Qərara izah kimi yaşlı şəxslərin pik saatlarda avtobusa minmələrinin onların sağlamlığı üçün təhlükəli olması göstərilib.