“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”


Digərləri 22 Sen 2020 16:09:00 156 0

“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq”

Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb. O, qeyd edib ki, bu gün Bakı şəhərində 30-dan çox məktəbin qarşısında monitorinq aparıb. Müəyyən edib ki, valideynlər məktəbə buraxılmır. Ekspert vurğulayıb ki, amma bu, həll yolu deyil:

"1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmin girişdən də çıxmamalıdırlar. Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır. Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.

2. Məktəbin qarşısında valideynlərin sıxlığının yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.

3. Bilirəm, bu, bir az çətin olacaq, amma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddət məhdudiyyət qoyulmalıdır.