Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb FOTO


Digərləri 22 Sen 2020 14:35:00 119 0

Pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə təlim başlayıb  FOTO

Maliyyə Monitorinqi Xidməti (MMX) Lüksemburq Böyük Hersoqluğunun Təlim Mərkəzi (ATTF) ilə birlikdə 21-28 sentyabr tarixlərini əhatə edən "Pulların Leqallaşdırılması və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Mübarizə" (PL/TMM) üzrə video-konfrans formatında təlimə başlayıb.

Xidmətdən Son.az-a verilən məlumata görə, təlimin məqsədi PL/TMM əsaslarını öyrənmək, PL/TMM riskini azaltmaq üçün beynəlxalq təşkilatlar haqqında məlumatlılığın artırılması, müştərilərin sadələşdirilmiş və gücləndirilmiş identifikasiya və verifikasiya sisteminin məzmununun başa düşülməsini təmin etməkdir.

PL/TMM üzrə ekspert Enrike Dominqez tərəfindən aparılan təlimdə MMX, Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər nəzarət orqanları, habelə ölkədə fəaliyyət göstərən kommersiya bankları və maliyyə qurumlarının əməkdaşları ilə birlikdə 22 nəfər iştirak edir.

1990-cı ildən bəri fəaliyyət göstərən ATTF beynəlxalq səviyyədə bank, maliyyə bazarları və digər sahəvi sektorlara aid seminarların təşkili üzrə zəngin təcrübəyə malikdir.