Gürcüstanda son sutkada yoluxma ilə bağlı rekord göstərici


Dünya 22 Sen 2020 13:46:00 131 0

Gürcüstanda son sutkada yoluxma ilə bağlı rekord göstərici

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 218 yoluxma halı qeydə alınıb, 2 nəfər vəfat edib.

Son.az APA-ya istinadən bildirir k, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 3 913 nəfərə çatıb. 

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 988 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 1 574 nəfərin sağaldığı, 22 nəfərin isə vəfat etdiyi bildirilir.