“Atam azyaşlı qızı hamilə buraxdı, öləndə də getmədim yanına”


Şou-biznes 22 Sen 2020 13:29:00 162 0

“Atam azyaşlı qızı hamilə buraxdı, öləndə də getmədim yanına”

Müğənni Nura Suri "Elgizlə İzlə" verilişində qonaq olub.

Son.az big.az-a istinadla xəbər verir ki, müğənni veriliş zamanı ailəsi ilə bağlı açıqlamaları hər kəsi şoka salıb. Belə ki, müğənni onu atasını yox atalığının adını daha çox çəkməsində tənqid edənlərə cavab verib. O bildirib ki, uşaq olarkən doğma atası azyaşlı qızı hamilə buraxıb anasından boşanaraq onunla evlənib. Ona görə müğənni atasını bağışlaya bilməyib:

"Hər kəs mənə deyir niyə hər zaman atamın yox atalığımın adını çəkirəm. Çünki mən atamdan atalıq görməmişəm. Biz uşaq olanda atam bir azyaşlı xanımla münasibətdə olub hamilə buraxmışdı. Anama da dedi ki, xanımın yaşı azdı sən məndən boşan mən onunla evlənim ki, polis tutmasın. Onlar rahat şəkildə oturub söhbət edib ayrıldılar. Daha sonra anam da o adam da ailə qurdu. Həmin xanımla ailə qurandan sonra 5 uşağı oldu biri öldü dördü qaldı. Daha sonra özü də rəhmətə getdi. Atam rəhmətə gedəndə heç getmədim də. Atalığım isə elə edirdi ki, onun ögey olduğunu mən hiss etmirdim".