Qırmızıda keçən "Range Rover" və "Tofaş" toqquşdu VİDEO


Digərləri 22 Sen 2020 13:18:00 125 0

Qırmızıda keçən "Range Rover" və "Tofaş" toqquşdu  VİDEO

Bakıda qırmızı işıqdan yolayrıcına daxil olan iki avtomobil toqquşub.

Son.az avtosfer.az-a istinadən bildirir ki, hadisə bir müddət əvvəl paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində, "Asan xidmət"in qarşısında baş verib.

"Tofaş" və "Range Rover" markalı avtomobillərin sürücüləri Nazim Hikmət küçəsi ilə kəsişmədə işıqforun qadağanedici nişanının tələblərini pozaraq yolayrıcına - Şərifzadə küçəsinə daxil olurlar. Nəticədə isə bir-birinə çırpılırlar. "Range Rover" markalı avtomobilin sürücüsü son anda qəzadan qaçmağa çalışsa da bu mümkün olmur.

Qeyd edək ki, analoji qəzalar Bakı şəhərində tez-tez baş verir. Belə ki, sürücülər işıqforun son saniyəsində yolayrıcına daxil olur. Bu zaman qarşı tərəfdən gələn digər avtomobil ilə toqquşur. Videonu təqdim edirik: