Pavarottinin dul xanımı ərə getdi FOTO


Digərləri 22 Sen 2020 12:51:00 137 0

Pavarottinin dul xanımı ərə getdi  FOTO

Luçano Pavarottinin 50 yaşlı həyat yoldaşı Nikoletta Mantovani ərə gedib.

Son.az axşam.az-a istinadən bildirir ki, o, sevgilisi 52 yaşlı iş adamı Albert Tinarelli ilə istirahət günü Bolonyada nikah masasına oturub.

Sadə nikah mərasimi təşkil edən cütlüyün yanında yaxınları olublar. Nikolettanın 17 yaşlı qızı Aliça da özəl gündə anasını tək qoymayıb.

Albert və Nikoletta 9 ay əvvəl dostlarının vasitəsilə tanış olublar. "Ərə getmək fikrim olmayıb. Amma Albertlə tanış olduqdan sonra düşüncələrim dəyişdi. Luçanonun xatirəsini hər zaman yaşadacam. O, hər zaman deyirdi ki, həyatın hər anını yaşamaq lazımdır. Albert məni həqiqətən xoşbəxt edir" deyə, o, bildirib.