XİNin həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi


Kriminal 22 Sen 2020 11:01:00 168 0

XİNin həbsdə olan sabiq idarə rəisi məhkəməyə müraciət etdi

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan, Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatət verib.

Son.az Trend-ə istinadən bildirir ki, vəsatət Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatına verilib.

Vəsatətə bu gün baxılacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan F. Bağırov barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.