Argentinada rekord göstərici


Dünya 22 Sen 2020 10:39:00 177 0

Argentinada rekord göstərici

Argentinada son sutka ərzində koronavirusdan rekord sayda - 429 pasiyent dünyasını dəyişib. Bu, pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Argentinanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 13 482-yə çatıb.

Son sutka ərzində 8 782 nəfərdə koronavirus aşkarlanıb, yoluxanların ümumi sayı 640 147-yə yüksəlib.

İndiyədək 508 563 xəstə sağalıb.