“GoPro” ikirəngli ekrana malik “Hero 9 Black” ekşn kamerasını təqdim edib


Digərləri 22 Sen 2020 08:55:00 155 0

“GoPro” ikirəngli ekrana malik “Hero 9 Black” ekşn kamerasını təqdim edib

"GoPro" şirkəti əvvəlki modellə müqayisədə bir sıra nəzərəçarpan dəyişikliklər edilmiş yeni "Hero 9 Black" ekşn kamerasını rəsmən təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Hero 9 Black" yeni dizayn, ön paneldə rəngli ekran və arxa səthdə 2,27 düymlük ekranla təchiz edilib. Bu halda yeni batareya səbəbindən kameranın ölçüsü cüzi artıb. Yeni batareyanın tutumu 1720 milliamper/saatadək ("Hero 8 Black"ə quraşdırılmış batareya ilə müqayisədə 40% çox) artırılıb.

Yeni "GoPro" kamerası təsvir ölçüsü 20 mp-dək (əvvəlki modeldə 12 mp-dək idi) olan şəkillər çəkməyə imkan verir. Həmçinin "Hero 9 Black" şirkətin 5K formatında videonun çəkiliş imkanını dəstəkləyən ilk kamerası olub. Bu rejimdə çəkiliş saniyədə 30 kadr tezliklə aparılır, halbuki 4K formatında kamera saniyədə 60 kadr tezliklə çəkir.

"GoPro Hero 9 Black"da, həmçinin yeni proqram funksiyaları reallaşdırılıb. Məsələn, kadrda üfüq səviyyəsini düzəldən yeni nəsil "HyperSmooth 3.0" video sabitləşmə və taymlaps çəkilişi üçün "TimeWarp 3.0" texnologiyası.