Zərif: "İran ABŞla məhbusların mübadiləsinə hazırdır"


Dünya 22 Sen 2020 08:03:00 162 0

Zərif: "İran ABŞla məhbusların mübadiləsinə hazırdır"

İran ABŞ-la məhbusların dəyişdirilməsinə hazırdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər Komitəsi" platformasında çıxış edən zaman ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Biz ABŞ-la məhkumların universal qaydada mübadiləsinə hazırıq. Söhbət İran vətəndaşlarından gedir. Amerika həbsxanalarında yalnız ölkələrinə xəyanət etməkdən boyun qaçırdıqları üçün saxlanılan vətəndaşlar var. Buna görə də təkrar edirəm: bütün məhbusları dəyişə bilərik", - Zərif belə deyib.