Gürcüstanın xarici borcu son illərdə 3 dəfə artıb


Dünya 21 Sen 2020 23:10:00 201 0

Gürcüstanın xarici borcu son illərdə 3 dəfə artıb

Gürcüstan hökumətinin xarici borcu son 8 ildə 3 dəfə (təqribən 13,3 milyard lari) artıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin xarici borcu ilbəil artır. Təkcə cari ilin sonuna hökumətin xarici borcunun daha 6,1 milyard lariyə qədər artacağı gözlənilir.

Əvvəlki illərin dinamikasına baxdıqda məlum olur ki, 2003-cü il dekabrın 31-də Gürcüstanın xarici borcu 3,2 milyard lari (1,5 milyard ABŞ dolları) olub. Rəsmi statistikaya əsasən, 2003-cü ildən 2012-ci ilin (2012-ci il 31 dekabr) sonunadək Gürcüstan hökumətinin xarici borcu 6,6 milyard lari (3,9 milyard dollar) təşkil edib.