Macarıstan hökuməti avtobusların "yaşıllaşdırılması"na başlayıb


Digərləri 21 Sen 2020 22:24:00 172 0

Macarıstan hökuməti avtobusların "yaşıllaşdırılması"na başlayıb

Macarıstan hökuməti yaxın vaxtlarda 100 milyon avro dəyərində elektriklə işləyən avtobusların alınmasına hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu proqram növbəti 10 il üçün nəzərdə tutulub.

Ölkənin İnnovasiya və Texnologiyalar Nazirliyi bildirib ki, "Yaşıl avtobus" proqramının məqsədi yerli avtobuslar istehsalını dəstəkləmək və ölkənin yollarında yerli avtobusların nisbi sayını 60 faizə çatdırmaqdır.

Artıq səkkiz macar və əcnəbi avtobus istehsalçısı proqramda iştirak etmək üçün sertifikat alınmasına görə müraciət ediblər.

Proqram çərçivəsində 2020-2021-ci illər üçün nəzərdə tutulan 12 milyon avro dəyərində avtobusların ilk partiyasının tədarükü üçün tender oktyabrın 15-də elan olunacaq.