Nailə İslamzadə ilə səmimi söhbət: "Belə insanların həsrətini çəkirəm" FOTO


Şou-biznes 21 Sen 2020 22:34:00 77 0

Nailə İslamzadə ilə səmimi söhbət: "Belə insanların həsrətini çəkirəm"  FOTO

Əməkdar artist Nailə İslamzadə yeni mövsümdə İctimai kanalda aparıcısı olduğu "Ötən günlər" verilişinin efir vaxtının 1,5 saat deyil 2 saat olacağını deyib.

Son.az xəbər verir ki, həyat fəlsəfəsini və prinsiplərini publika.az-a bölüşən aparıcı fədakar qadın olduğunu da bildirib.

Nailə İslamzadə ilə müsahibəni təqdim edirik:

- Nailə xanım, bu gün televiziya rəhbərlərinin aparıcılar qarşısında qoyduğu ən sərt tələblər hansılardır?

- Aparıcı peşəsinə lazım olan xüsusiyyətləri tələb edə bilərlər. Əgər məni soruşursunuzsa, qarşıma heç bir şərt qoyulmayıb, olduğum kimiyəm. Əksinə, etibar edibər ki, 13 illik fasilədən sonra "Ötən günlər" verilişi ilə yenidən tamaşaçıların görüşünə gəldim.

- Aparıcılar reytinq naminə nəyi etməməlidir? Onun hansı səhvini bağışlamaq olmaz?

- Reytinq naminə ucuzluğa və bayağılığa getməməlidi. Həm də düşünürəm ki, artıq reytinq gətirmir, tamaşaçılarımız o bayağılıqlardan yorulublar, baxmaq istəmirlər. Efirə baxan hər bir tamaşaçı özü bilir ki, nəyi bağışlamaq olar, nəyi yox. Peşəkarlıq baxımdan bəzi nüansları sadalaya bilərəm, lakin ümumilikdə tamaşaçıların ixtiyarına buraxılan məsələdir. İzləyicinin ədalətli və doğru qərar verə bildiyinə inanıram.

- Yeni mövsümə necə hazırlaşırsınız?

- Bəli, hazırıq artıq, peşəkar komandamız var. İkinci mövsümdür ki, "Ötən günlər" verilişinin aparıcısıyam. Yenilik odur ki, verilişin efir saatı yarım saat daha artdı və efir saatı dəyişdi. Hər şənbə günü saat 19.25-də deyil, saat 20.00-də efirə çıxacaq, saat 21-də "Xəbərlər" efirə gedəcək və saat 21.30-dan 22.30-dək davam edəcək.

- Xoşbəxt olmağın qaydası nədir? Ümumiyyətlə, həyatda uğur qazanmaq üçün mübarizə üsulunuz nədir?

- Hər kəsin özünə görə uğura gedən yolu var, ümumi götürdüyümüzdə isə yəqin ki, məqsədin olmalı, çox çalışmalı və dayanıqlı olmalısan. Xoşbəxtliyin qaydası əslində bəsitdir: sahib olduğuna həmişə şükür etmək. Özünün özünlə, ağlının və ürəyinin harmoniyada olmasıdır. Bu, ağlın, ruhun, duyğuların bizə verdiyi hədiyyədi.

Xoşbəxtlik bir ruh halıdır. Kənardan həyatın ideal görünə bilər, amma özünü xoşbəxt hiss etməyə bilərsən.

- Sizin də həyatınız kənardan ideal görünür.

- Mən özümlə harmoniyada olan bir insanam, əsas olan da budur.

- Çoxlarına məlumdur ki, dinə bağlı insansınız. "İnstaqram"da da dini paylaşımlar edirsiniz, məsciddə çəkilən fotonuz da marağa səbəb olmuşdu. Sizin üçün dinin missiyası nədir?

- Dinin başlıca missiyası insanları Allahın əxlaqına qaytarmaqdır. Allaha inanıram, qapanmaqdan savayı hər bir müsəlmanın öhdəliyinə düşən müəyyən dini ritualları yerinə yetirməyə çalışıram. Dinin çox missiyası var, təəssüf ki, İslam dini son illərdə dünyada fərqli tərzdə "təbliğ olunur". Müasir dövrdə din adından istifadə edərək dünyanın bir çox bölgəsində törədilən terror hadisələri qlobal problemə çevrilib. Allahın adını tutub müharibələr edirlər. "Allahu Əkbər" deyib insanlara güllə atırlar... Buna görə insanların dini inancları zədələnib. Dinlərə yanaşmalar müxtəlifdir. Dindən bəzən iqtisadi və siyasi maraqlar naminə sui-istifadə edilir, ictimaiyyətdə lazımi yöndən istifadə etməyən insanlar var.

- Sizcə, bu gün din öz missiyasını yerinə yetirə bilir?

- "Qurani-Kərim"i oxusaq və yazılanlara əməl etsək, öz missiyamızı yetəri qədər yerinə yetirmiş olarıq. İslam dininin mahiyyəti və fəlsəfəsi çox dərindir, hər kəsi paklığa və təmiz olmağa çağırır. "Qurani-Kərim"i stolüstü kitabımıza çevirməliyik ki, hər hansı sıxıntımız olanda ordakı tövsiyə və fəlsəfəni yada salıb rahatlıq tapaq. Sürələrin səs yazılarını xüsusilə yatmazdan əvvəl də dinləməyi sevirəm, çünki sakitlik gətirir, stressi silib aparır.

- Bizi incidən insanlara hansı dəyəri vermək lazımdır?

- Hər kəsə layiq olduğu dəyəri vermək lazımdı. Əvvəllər daha sərt təpki verirdim, indi çalışıram ki, normal qarşılayım. Bu, özünü digərlərindən üstün görmək əlaməti deyil. Bəlkə də özünə hörmətdən irəli gəlir. Çox istərdim ki, qarşımdakı insan məsuliyyətini dərk etsin. Ola bilməz ki, həyatda bütün insanlar eyni cür düşünsün, biri digərini incitməsin... Düzü, insanları olduğu kimi qəbul etməyi çoxdan öyrənmişəm, dəyişdirməyə cəhd etmirəm.

- Hansı səhvinizi özünüzə bağışlaya bilmirsiniz?

- Oturub dərd çəkmirəm ki, niyə bunu etdim. Baş verən xoşagəlməz halları tez qəbul etmək, problemlərə üzülmək əvəzinə, onların həll yollarına fokuslanmaq yaşamağı asanlaşdırır. İnsanın böyüklüyü ondadır ki, öz səhvini başqasının qarşısında etiraf edə bilsin.

Nə olsun ki, oğlum kiçikdir. Bu, o demək deyil ki, ona hər istədiyimi deyə bilərəm. İstər ailədə, istər rəfiqələrlə, istərsə də işçilər arasında münasibətləri gözləmək lazımdır. Hər bir insan səhv edə, qarşısındakı incidə və onu doğru anlamaya bilər. Yetər ki, onu etiraf etməyi bacarasan. Bilərəkdən indicilənləri isə öz vicdanları ilə baş-başa buraxmağı seçirəm.

Macarıstan hökuməti avtobusların "yaşıllaşdırılması"na başlayıb like
  • 21 Sen 22:24  
Digərləri Macarıstan hökuməti avtobusların "yaşıllaşdırılması"na başlayıb

Macarıstan hökuməti yaxın vaxtlarda 100 milyon avro dəyərində elektriklə

arrow Ətraflı
Brüssel daha bir avtomobilsiz gün yaşayıb like
  • 21 Sen 22:17  
Dünya Brüssel daha bir avtomobilsiz gün yaşayıb

Belçikanın paytaxtı Brüsseldə bir günlüyə avtomobillər üçün bağlana

arrow Ətraflı
“Enerjim çoxdur, dayana bilmirəm” like
  • 21 Sen 22:14  
Şou-biznes “Enerjim çoxdur, dayana bilmirəm”

ARB TV-nin "Xəbər Ətər" verilişinin növbəti qonağı müğən

arrow Ətraflı
Qarşıdan gələn 30 il ərzində Türkiyədə baş verə biləcək yeraltı təkanlar araşdırılıb like
  • 21 Sen 22:11  
Dünya Qarşıdan gələn 30 il ərzində Türkiyədə baş verə biləcək yeraltı təkanlar araşdırılıb

Türkiyənin Marmara bölgəsində 1999-cu ildə baş verən zəlzələdən sonr

arrow Ətraflı
İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək like
  • 21 Sen 22:08  
Dünya İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində Madridə hərbçiləri cəlb edəcək

İspaniya hökuməti koronavirusla mübarizə çərçivəsində paytaxt Madridə

arrow Ətraflı
Ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır like
  • 21 Sen 22:05  
Digərləri Ot tayalarında baş verən yanğınla bağlı araşdırılma aparılır

Cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisind

arrow Ətraflı
NASAdan xəbərdarlıq: Bu il çox nadir bir hadisə olacaq like
  • 21 Sen 22:02  
Digərləri NASAdan xəbərdarlıq: Bu il çox nadir bir hadisə olacaq

NASA bu il oktyabrın 31-də elmdə nadir hadisələrdən biri hesab olunan mavi

arrow Ətraflı
İnstaqramda bu gün kimlər nələr paylaşdı?  FOTO like
  • 21 Sen 21:59  
Şou-biznes İnstaqramda bu gün kimlər nələr paylaşdı? FOTO

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Koronavirusa görə məktəbə getməkdən imtina edən şagirdlərin sayı açıqlandı like
  • 21 Sen 21:54  
Digərləri Koronavirusa görə məktəbə getməkdən imtina edən şagirdlərin sayı açıqlandı

Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata

arrow Ətraflı
Bakıda müəllim və şagirdlərdə koronavirus aşkarlanıb like
  • 21 Sen 21:45  
Digərləri Bakıda müəllim və şagirdlərdə koronavirus aşkarlanıb

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbində

arrow Ətraflı
Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı  Azərbaycanda like
  • 21 Sen 21:41  
Digərləri Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı Azərbaycanda

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səb

arrow Ətraflı
Azərbaycanda yeni tədris ilində 95 şagird və 26 işçi heyət koronavirusa yoluxub like
  • 21 Sen 21:36  
Digərləri Azərbaycanda yeni tədris ilində 95 şagird və 26 işçi heyət koronavirusa yoluxub

Ölkəmizdə pandemiya ilə əlaqədar olaraq, 2020-2021-ci tədris ilində dər

arrow Ətraflı