“Enerjim çoxdur, dayana bilmirəm”


Şou-biznes 21 Sen 2020 22:14:00 185 0

“Enerjim çoxdur, dayana bilmirəm”

ARB TV-nin "Xəbər Ətər" verilişinin növbəti qonağı müğənni Dilarə Kazımova olub. Son.az bildirir ki, müğənni karantindəki fəaliyyətindən söhbət açıb: "Dayana bilmirəm, enerjim çoxdur. İfa etməyi, klip çəkdirməyi, fotosessiya etdirməyi sevirəm. Əlbəttə ki, karantin müddətində icazə verilməyəndə işləməyi dayandırmışdıq. Yeni fikirlər toplayırdım və artıq fotosessiyalarımı ard-arda edirəm". Qeyd edək ki, "Xəbər Ətər verilişi ARBTV-nin yeni mövsüm layihələrindən biridir. Veriliş 09:55-də canlı olaraq tamaşaçıların evinə qonaq olacaq və 2 saat boyunca maraqlı müzakirələri, məşhur qonaqları, dadlı təamları ilə izləyiciləri sevindirəcək.