Koronavirusa görə məktəbə getməkdən imtina edən şagirdlərin sayı açıqlandı


Digərləri 21 Sen 2020 21:54:00 173 0

Koronavirusa görə məktəbə getməkdən imtina edən şagirdlərin sayı açıqlandı

Respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. 

Bu barədə Təhsil Nazirliyindən Son.az-a daxil olan məlumatda bildirilir.

Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.