Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı Azərbaycanda


Digərləri 21 Sen 2020 21:41:00 178 0

Bu məktəbdə 8 müəllim koronavirusa yoluxdu, tədris dayandırıldı  Azərbaycanda

Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. 

Bu barədə Təhsil Nazirliyindən Son.az-a daxil olan məlumatda bildirilir.

Müəllimlər arasında kütləvi yoluxmanın səbəbi olaraq sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsi ehtimal olunur.