COVID19: Fransada reanimasiya şöbələrində xəstələrin sayı artır


Dünya 21 Sen 2020 20:56:00 150 0

COVID19: Fransada reanimasiya şöbələrində xəstələrin sayı artır

Fransada son günlər COVID-19 infeksiyasına yeni yoluxmaların sayı cari ilin mart ayındakından çox olur. Son sutka ərzində 10 569 yeni yoluxma aşkarlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa Səhiyyə İdarəsi məlumat yayıb. Bildirilir ki, 593-ü ağır vəziyyətdə reanimasiya şöbəsində olmaqla xəstəxanalarda 3 894 koronavirus xəstəsi var.

Epidemiya başlayandan ölkədə koronavirusdan qeydə alınmış 31 585 ölüm faktından 20 725-i xəstəxanalarda baş verib.

Ölkədə epidemiya başlayandan koronavirusa yoluxanların ümumi sayı 453 763-ə çatıb. Qeydə alınmış 1045 qrup yoluxması tədqiq edilməkdədir.

Ölkədə "ağ plan"ın həyata keçirilməsinə başlanılıb. Tibb işçilərinin, eləcə də xəstəxanalarda, xüsusilə də reanimasiya şöbələrində çarpayıların sayı artırılır.

COVID-19 epidemiyasının 1-ci dalğası zamanı ölkənin Böyük Şərq deyilən regionunda vəziyyət ciddi idi. Hal-hazırda virus bütün ölkə ərazisində yayılıb və 89 departamentdə vəziyyətin ciddi olduğu vurğulanır.

Xəstəxanalara mart ayındakından daha çox yeni tibb işçisi götürüldüyü bildirilir. Böyük şəhərlərin, xüsusilə də Paris sakinləri əyalətlərə üz tuturlar.