İranda 177 nəfər koronavirusdan ölüb


Dünya 21 Sen 2020 19:23:00 121 0

İranda 177 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Son.az xəbər verir ki, bu barədə Trend nazirliyə istinadən məlumat verib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda ölənlərin sayı 24 478 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 341 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 425 481 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 912 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 361 523 nəfər koronavirusdan sağalıb.