ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür etdi


Dünya 21 Sen 2020 19:06:00 137 0

ÜST koronavirus vaksininə görə Rusiyaya təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı "Sputnik V" vaksininin hazırlanmasına görə Rusiyaya təşəkkürünü bildirir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüge Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ilə görüşü zamanı deyib.

O bildirib ki, ÜST Rusiyanın bu istiqamətdə səylərini yüksək qiymətləndirir.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə olaraq koronavirus vaksinini qeydiyyatna keçirmişdi. Hazırda həmin vaksinin qeydiyyatdan sonrakı yekun sınaqları başa çatmaq üzrədir.