"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib


Siyasət 21 Sen 2020 18:49:42 199 0

"Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib

"Karabakh is Azerbaijan!" Milli Platformasının müxtəlif ölkələr üzrə koordinatorları-nın onlayn konfransı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a bildirilib ki, videokonfransda komitənin əməkdaşı, "Karabakh is Azerbaijan!" Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov, Platformanın Türkiyə, Kanada, Niderland, Polşa, Moldova və İtaliya üzrə koordinatorları, eləcə də "Azərbaycan Diaspor Könüllüləri"nin Platformaya cəlb olunmuş üzvləri iştirak ediblər.

Tədbirdə koordinatorlarla intensiv və çevik əlaqələrin yaradılması, mütəşəkkil və ardıcıl fəaliyyətin təşkili, digər ölkələrdə koordinatorların müəyyənləşdirilməsi və sair məsələlər müzakirə edilib.

Qeyd edək ki, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gənclərin yaratdıqları "Karabakh is Azerbaijan!" Milli Platformasının məqsədi Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması, dünyada yaşayan gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onların Vətənimizin təbliğ olunması işinə mütəşəkkil şəkildə səfərbər edilməsidir. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu istiqamətdə Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinə dəstək verilməsi məqsədilə "Karabakh is Azerbaijan!" Milli Platforması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ Araşdırmalar Mərkəzi, Avropa Azərbaycanlıları Media Qrupu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə fəaliyyət göstərəcəkdir.

Platformanın tərkibində "Karabakh is Azerbaijan!" Youtube kanalı, "Facebook" səhifəsi və qrupları, "Twitter" profili, "İnstaqram" səhifəsi, "Telegram" və "Whatsapp" qrupları və s. yaradılıb. Yaxın zamanda bir neçə dildə fəaliyyət göstərəcək saytın təqdimatı da keçiriləcək.