Deputatdan toyların keçirilməsi iə bağlı


Digərləri 21 Sen 2020 18:50:00 185 0

Deputatdan toyların keçirilməsi iə bağlı

Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil.

Son.az bildirir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev teleqraf.com-a müsahibəsində deyib.

Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir:

"Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil".

M.Quliyev qardaş Türkiyəni misal çəkərək qeyd edib ki, oranın bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi:

"Amma orada saat məhdudiyyəti ilə toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar".