" Sevgili canan" Azərbaycanın üç tenorunun ifasında VİDEO FOTO


Kriminal 21 Sen 2020 18:22:00 196 0

" Sevgili canan" Azərbaycanın üç tenorunun ifasında  VİDEO  FOTO

Azərbaycan Respublikası Medeniyyet Nazirliyi və Azərbaycan Televiziyası  Mədəniyyət Kanalının birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş yeni layihəyə start verildi.

Layihə çərçivəsində Azərbaycanın "Üç tenor"u bir araya gəldi. Bəstəkarın "Sevgili canan" əsəri Respublikanın xalq artisti Samir Cəfərov, Respublikanın Əməkdar artistləri Ramil Qasımov və Fərid Əliyevin ifasında tamaşaçılar tərəfindən çox maraqla qarşılandı.

"Üç tenor" layihəsini həyata keçirtməkdə əsas məqsəd Azərbaycanın musiqi mədəniyyətini, klassik əsərlərimizi dünyada tanıtmaqdır. Layihədə dünya və Azərbaycan bəstəkarlarının klassik nümunələri yer alır.