“Koroğlu” metro stansiyasının yaxınlığında yanğın


Digərləri 21 Sen 2020 18:32:00 184 0

“Koroğlu” metro stansiyasının yaxınlığında yanğın

Bakıda yanğın avtomobil sıxlığına səbəb olub.

Son.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Verilən məlumata görə, Heydər Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə yanğın baş verib.

Bu səbəbdən də H.Əliyev-Hava limanı yolunda, xüsusəndə Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.

Yanğınıa bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. 

FHN-dən Son.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə 0,5 hektar sahədə qamışlıq və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.