Britaniyada oktyabrın ortalarında günlük koronavirusa yoluxma 49 minə çata bilər


Dünya 21 Sen 2020 18:33:00 200 0

Britaniyada oktyabrın ortalarında günlük koronavirusa yoluxma 49 minə çata bilər

Böyük Britaniyada oktyabr ayının ortalarında günlük koronavirusa yoluxma sayı 49 minə çata bilər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın baş elmi məsləhətçisi Patrick Vallance mətbuat konfransında deyib.

"Hazırda koronavirusa yoluxma sayının təxminən hər yeddi gündə iki dəfə artdığını düşünürük. Əgər bu sürətlə davam edərsə və əlavə məhdudiyyətlər tətbiq edilməsə, oktyabr ayının ortalarına qədər Britaniyada günlük təxminən 49 000 yoluxma hadisəsi, noyabr ayının ortalarına qədər isə günlük 200 ölüm qeydə alına bilər", - P.Vallance qeyd edib.

O vurğulayıb ki, qarşıdakı altı aylıq müddət ərzində vəziyyətin ciddiliyi nəzərə alınmalıdır.