Daşla Bakı sakininin başına vurub pulunu aldılar


Kriminal 21 Sen 2020 17:16:00 187 0

Daşla Bakı sakininin başına vurub pulunu aldılar

Bakının Binəqədi rayonunda dünən 52 yaşlı kişi quldurluğun qurbanı olub.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumatlara görə, Rəsulzadə kəndində iki naməlum şəxs 1968-ci il təvəllüdlü Etibar Ramazanova hücum edərək, daşla başına vurublar, nəticədə kişi huşunu itirib.

Cinayətkarlar onun mobil telefonunu və 75 manatını aparıblar.

Hücum edən şəxslərin kimliyi hələ müəyyən edilməyib. Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları bu istiqamətdə işləyirlər.   

Qeyd edək ki, sentyabr ayının əvvəlindən bəri paytaxtda hələ üstü açılmayan iki quldurluq hadisəsi törədilib.