Böyük Britaniyada yenidən iki həftəlik sərt karantin rejimi tətbiq oluna bilər


Dünya 21 Sen 2020 15:40:00 181 0

Böyük Britaniyada yenidən iki həftəlik sərt karantin rejimi tətbiq oluna bilər

Böyük Britaniyada yenidən 2 həftəlik karantin rejimi tətbiq olunacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə naziri Met Hankok son həftələrdə koronavirusa yoluxmada artımın baş verdiyini, bunun artıq ikinci dalğa olduğunu söyləyib.

Nazir virusun yayılmasını dayandırmaq üçün hazırlanmış hökumət qaydalarına əməl olunmadığı təqdirdə, ikinci dəfə sərt karantin rejiminin tətbiq oluna biləcəyini açıqlayıb.

Ölkədə bölgələr üzrə lokal karantin qaydaları tətbiq olunsa da, virusa yoluxmada artım baş verərsə, daha sərt tədbirlər görülə bilər.

Növbəti həftələrdə London şəhərində yenidən karantin rejiminin tətbiq olunması üçün Səhiyyə naziri və şəhərin meri arasında görüşlər keçirilir.

Qeyd edək ki, ötən şənbə günü Böyük Britaniyada 4422 nəfər koronavirusa yoluxub, onlardan 27-si həyatını itirib.