2 ton narkotik məhv edildi


Kriminal 21 Sen 2020 15:18:00 176 0

2 ton narkotik məhv edildi

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, ümumi çəkisi 2 ton olan 9090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.