Bakının yeni turistik məkanına çevriləcək


Digərləri 21 Sen 2020 14:32:29 171 0

Bakının yeni turistik məkanına çevriləcək

Son zamanlar Bakıətrafı kənd və qəsəbələrdə abadlıq işləri genişlənir, gözoxşayan məkanların sayı artır.

Bu cür yerlərdən biri də gələcəkdə turizm marşrutuna salına biləcək Bibiheybət qəsəbəsidir. Əvvəllər bu əraziyə insanlar daha çox Bibiheybət məscidinə ziyarət üçün axın edirdisə, son görülən işlərdən sonra qəsəbənin bütünlüklə turistlərin sevimli məkanına çevriləcəyi gözlənilir.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda qəsəbədə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Evlərin qapı-pəncərələri yenilənir, eyvanlara dibçəklər qoyulur, divarlar müxtəlif rənglərə boyanaraq bəzədilir. İşlər tək bununla bitmir.

Bibiheybət qəsəbəsində yollara qəmbər döşənir, bərpaya ehtiyacı olan fasadlar yenilənir, kommunikasiya xətləri də dəyişdirilir. Ərazidə uşaq əyləncə mərkəzləri, söhbətkeşlərin quraşdırılması da gözlənilir.