Ermənistanda COVID19dan ölənlərin sayı 936ya çatıb


Dünya 21 Sen 2020 13:00:00 140 0

Ermənistanda COVID19dan ölənlərin sayı 936ya çatıb

Ermənistanda son sutka ərzində 121 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 47552-yə çatıb.

Son sutkada virusdan daha 6 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 936-ya çatıb.