"Azərbaycan üçün yeganə maneə Rusiyadır"


Siyasət 21 Sen 2020 12:21:00 97 0

"Azərbaycan üçün yeganə maneə Rusiyadır"

Azərbaycan prezidenti İlham Əliyevin son açıqlamaları müharibə anonsu kimi qiymətləndirilə bilər.

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı danışarkən "Ermənistan müharibəyə hazırlaşır" çıxışını şərh edərkən deyib.

Politoloq bildirib ki, atəşkəsin bu şəkildə davamı Ermənistanın maraqlarına xidmət edir:

Birincisi, Prezidentin açıqlamasından bir daha bəlli oldu ki, danışıqlar üçün zəmin yoxdur və artıq hamıya aydındır ki, danışıqların davamı ehtimalı işğal faktına son qoymayacaq.

İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur.

Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır.

Tərəflər növbəti toqquşmaya hazırlaşırlar. Ermənistan hardan mümkündürsə muzdluları toplayır, Rusiyadan silah və hərbi texnika toplayır, Azərbaycan isə Türkiyə ilə iyul ayından başlayan hərbi təlimləri bu və ya digər şəraitdə davam etdirir, üstəgəl ehtiyatda olan hərbi vəzifəlilərinin orduya çağırışı başlayıb.

Hərbi toqquşma ehtimalı artıqca əsas sual budur: Rusiyanın reaksiyası necə olacaq?

Son 4 ildə Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib. Hər dəfəsində Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların "parlamentini" Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki, bütün bu qanunsuzlqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır.

Bu arada, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvanda siyasi ekspertlərlə görüşdə səsləndirdiyi fikirlər diqqəti çəkir.

Köçəryan vaxtilə kitabında yazdığı bir fikri yenə təkrarlayıb: "Ermənistan və Azərbaycan prezidentləri 2001-ci ildə Amerikanın Ki-Uest şəhərciyində münaqişənin həlliylə bağlı sazişi imzalamağa yaxın olublar". Köçəryanın bunu nəyə əsasən dediyi bəlli deyil. Çünki Azərbaycanda heç bir hakimiyyət Dağlıq Qarabağın "müstəqllliyinə" yol açacaq sazişə imza atmaz.

Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil

Buna baxmayaraq, Robert Köçəryanın hazırkı Baş nazir Nikol Paşinyanın Qarabağ siyasəti haqqında dediklərində həqiqət payı var. Məsələn, Köçəryan hesab edir ki, Türkiyə 10 və ya 15 il əvvəlki dövlət deyil, hazırda İraq, Suriya və ya Liviyada olduğu kimi Cənubi Qafqazda da eyni səviyyədə fəal olmaq istəyir. Köçəryanın sözlərinə görə, Paşinyan Ermənistan üçün artan bu riski anlamır. Köçəryanın fikrincə, Türkiyəni Cənubi Qafqazda saxalaya biləcək yeganə güc Rusiyadır. Ona görə də Köçəryan Paşinyan və onun komandasının Rusiya ilə münasibətlərdə məsafə saxlamasını yanlış hesab edir. Köçəryanın bu məntiqinə görə, Ermənistanı bütün təhlükələrdən ancaq Rusiyadan asılılıq xilas edə bilər və vassallıq siyasətindən kənarlaşmaq Ermənistan üçün təhlükəlidir.  

Robert Köçəryan Paşinyanın "Qarabağ Ermənistandır. Nöqtə" açıqlamasının yanlış olduğunu da bir daha səsləndirib. Köçəryan sual edir ki, "Qarabağ Ermənistandırsa, rəsmi Bakı Paşinyanın çağırışına uyğun olaraq hansı məntiqlə Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır?". Paşinyanın bu məntiqsizliyi biz də vurğulayırıq.

Robert Köçəryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir

Robert Köçəryanın Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında saxlamasının Ermənistan üçün niyə vacib olması barədə fikirləri də diqqəti cəlb edir: "Əgər Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarsaq, təmas xətti bizə daha da yaxınlaşacaq, bu halda mürəkkəb dağlıq relyefi də nəzərə alınaraq ordunun sayını indikindən 3-4 dəfə artırmaq məcburiyyətində qalacağıq. Ona görə də, güclü təminat almadan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilmərik, indiki dünyada isə belə bir təminatı bizə heç kim verməyəcək".

Əslində, Robert Köçəryan son açıqlamaları ilə Azərbaycanın düz yolda olduğunu göstərir, Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, işğalçıya hərbi təzyiqi artırmaq və Ermənistanın eks-prezidentinin də təbirincə desək, elə etmək lazımdır təmas xətti daralsın və qarşı tərəfin hərbçilərə ehtiyacı indikindən 3-4 dəfə artıq olsun, bu artımı hansı resurslarla təmin edəcəyi isə bəlli deyil.

Hazırkı şərtlər daxilində Azərbaycan üçün yeganə maneə Rusiyadır. Azərbaycan Prezidentinin sözlərinə də istinad edərək əgər biz məsələnin yekun həllinə hazırlaşırıqsa, hədəfə yaxınlaşmaq üçün Rusiya menaəsini də aşmalıyıq". 

Təhməz Əsədov Son.az

Şəhid olan hərbçimizin FOTOsu like
  • 21 Sen 12:20  
Digərləri Şəhid olan hərbçimizin FOTOsu

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin T

arrow Ətraflı
Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq like
  • 21 Sen 12:19  
Digərləri Azərbaycanda təhsil müddəti də pensiya stajı sayılacaq

Azərbaycanda artıq təhsil müddəti də ümumi pensiya stajına daxil ediləc

arrow Ətraflı
Sabirabadda yeni doğulmuş körpə öldü like
  • 21 Sen 12:18  
Digərləri Sabirabadda yeni doğulmuş körpə öldü

Sentyabrın 20-də saat 03 radələrində Sabirabad rayonu, Qasımbəyli kənd s

arrow Ətraflı
Səbaildə yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb like
  • 21 Sen 12:17  
Siyasət Səbaildə yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobi

arrow Ətraflı
Gülbən Ərgən Demet Akalınla bağlı suala əsəbiləşdi like
  • 21 Sen 12:10  
Digərləri Gülbən Ərgən Demet Akalınla bağlı suala əsəbiləşdi

Müğənni Gülbən Ərgən sevgilisi ilə birlikdə bir məkandan çıxarkən o

arrow Ətraflı
"Uşaq Allahın hədiyyəsidir, məni qınamasınlar" like
  • 21 Sen 12:05  
Digərləri "Uşaq Allahın hədiyyəsidir, məni qınamasınlar"

10 il əvvəl Türkiyəyə gələn və məşhurlaşan aktrisa Məryəm Üzərli

arrow Ətraflı
Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu like
  • 21 Sen 11:59  
Digərləri Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu

COVİD-19 dünya, eləcə də Azərbaycan iqtisadiyyatını böyük sınaq qar

arrow Ətraflı
Çiçək ilk dəfə atasının şəklini paylaşdı  FOTO like
  • 21 Sen 11:54  
Şou-biznes Çiçək ilk dəfə atasının şəklini paylaşdı FOTO

Çiçək ləqəbli aparıcı Şəhla Vakkas ilk dəfə atasının görüntülər

arrow Ətraflı
Deputat: "Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır" like
  • 21 Sen 11:48  
Siyasət Deputat: "Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydə

arrow Ətraflı
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı like
  • 21 Sen 11:44  
Siyasət Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması

arrow Ətraflı
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır like
  • 21 Sen 11:43  
Digərləri Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır.

arrow Ətraflı
Məşhur aktyor 16 illik arvadından 15 dəqiqədə boşandı like
  • 21 Sen 11:37  
Digərləri Məşhur aktyor 16 illik arvadından 15 dəqiqədə boşandı

Türkiyəli aktyor Atılqan Gümüş 16 illik həyat yoldaşı Verda Gümüşdə

arrow Ətraflı
Şimali Koreya ABŞ bankları vasitəsilə 175 milyonu leqallaşdırıb like
  • 21 Sen 11:32  
Dünya Şimali Koreya ABŞ bankları vasitəsilə 175 milyonu leqallaşdırıb

Şimali Koreya illərdir Nyu-Yorkdakı tanınmış banklar vasitəsilə çirkli

arrow Ətraflı
ABŞ Dövlət katibi Azərbaycan və Ermənistana çağırış etdi like
  • 21 Sen 11:31  
Dünya ABŞ Dövlət katibi Azərbaycan və Ermənistana çağırış etdi

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistanı tezliklə substan

arrow Ətraflı
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb like
  • 21 Sen 11:28  
Digərləri Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb

Son 14 ildə ölkədə ümumi kəskin bağırsaq infeksiyaları və suçiçəyin

arrow Ətraflı