Azərbaycan nefti həftə ərzində 9%dən çox bahalaşıb


Digərləri 21 Sen 2020 12:44:00 153 0

Azərbaycan nefti həftə ərzində 9%dən çox bahalaşıb

Ötən həftə ərzində (14-18 sentyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin orta qiyməti 3,73 ABŞ dolları və ya 9,34% artıb.

Son.az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan orta qiyməti həftə ərzində  42,10 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici - 43,91 dollar təşkil edib, ən minimal göstərici isə 39,91 dollar səviyyəsində olub.