Tehranda koronavirusun üçüncü dalğası başlayıb


Dünya 21 Sen 2020 12:49:00 171 0

Tehranda koronavirusun üçüncü dalğası başlayıb

İranın paytaxtı Tehran şəhərində yeni növ koronavirus (COVID-19) pandemiyasının üçüncü dalğası başlayıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranda koronavirusa qarşı qərargahın rəhbəri Əli Rza Zali deyib. 

Onun sözlərinə görə, son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb. 

"Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin bərpa edilməsi üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərmişik", - Əli Rza Zali qeyd edib.