Məşhur aktyor 16 illik arvadından 15 dəqiqədə boşandı


Digərləri 21 Sen 2020 11:37:00 170 0

Məşhur aktyor 16 illik arvadından 15 dəqiqədə boşandı

Türkiyəli aktyor Atılqan Gümüş 16 illik həyat yoldaşı Verda Gümüşdən boşanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı "Hürriyet.com.tr" məlumat yayıb.

Cütlüyün boşanması haqqında qərar İstanbul Ailə Məhkəməsində verilib.

Cütlük boşanarkən qarşılıqlı razılaşmaya imza atıb. Anlaşmaya əsasən, cütlüyün 15 yaşlı övladı anası ilə qalacaq, aktyor bunun üçün 4 500 lirə (təxminən 1000 AZN - red.) aliment ödəyəcək.