Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim oldu


Kriminal 21 Sen 2020 10:07:26 147 0

Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim oldu

Bakıda bacısını öldürən şəxs polisə təslim olub.

Son.az Trend-ə istinadən bildirir ki, Xəzər rayonunun Türkan qəsəbəsində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla qətlə yetirən Məhəmməd Babayev hadisədən sonra polisə gedib və hadisəni törətdiyini etiraf edib. M.Babayev saxlanılıb.

Təqsirləndirilən şəxsin Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə ərazi nümayəndəsinin oğlu olduğu deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.