Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı FOTO


Digərləri 21 Sen 2020 09:58:00 155 0

Sosial şəbəkələrdə məşhurlaşan qazaxlı uşaq diviziyaya aparıldı  FOTO

Bir neçə gün öncə Qazaxda yolla hərəkət edən Dövlət Sərhəd Xidmətinin hərbçilərini əsgər salamı ilə qarşılayan uşaq Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Müzəffər Pirizadə tərəfindən qəbul edilib.

Son.az modern.az-a istinadən xəbər verir ki, Qazax rayonunun Daş Salahlı kənd 1 saylı orta məktəbin ikinci sinif şagirdi Elton Xıdır oğlu Hacızadə bu hərəkəti ilə sosial şəbəkələrdə məşhurlaşıb. Onun hərbçiləri salamlamasını əks etdirən fotoşəkli Facebook-da böyük izləyici kütləsi qazanmaqla yanaşı, çox sayda paylaşılıb.

Sərhəd diviziyasında keçirilən bugünkü görüşdə məktəbliyə DSX Sərhəd Qoşunlarının hərbi forması bağışlanıb. Gələcəyin sərhədçilərini hazırlayan DSX-nin Xüsusi Məktəbi barədə məlumat verilib, vətənpərvərliyi, orduya göstərdiyi sayğıya görə təşəkkür edilib. Elton gələcəkdə sərhədçi olmaq istədiyini bildirib.