Çində silahlı şəxs insanlara hücum etdi:


Dünya 21 Sen 2020 09:31:00 145 0

Çində silahlı şəxs insanlara hücum etdi:

Çinin Quançjou şəhərində (Quandun əyaləti) bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında insanlara hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı şəxsin hücumu nəticəsində 5-i uşaq olmaqla 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, uşaqlardan 2-si ağır, 3-ü isə yüngül xəsarətlər alıb.

Hücum edən şəxs polislər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır, insidentin səbəbləri və təfərrüatları müəyyən edilir.