Qadın ataanasını döyən qardaşını tüfənglə öldürdü


Dünya 21 Sen 2020 08:19:00 179 0

Qadın ataanasını döyən qardaşını tüfənglə öldürdü

Türkiyənin Bursa şəhərində ailə münaqişəsi zəminində qətl hadisəsi törədilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Bursanın Gemlik rayonunda 30 yaşlı Hasan Ali Y. ata-anasını otaqda kilidləyib və döyüb. Bacı 40 yaşlı Gülderen Y. qardaşına mane olmaq istəsə də, bacarmayıb. Bu zaman mübahisə daha da qızışıb və Gülderen Y. qardaşına tüfənglə atəş açıb.

Yaralı Hasan Ali Y. xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Gülseren Y. həbs edilib.

Faktla bağlı araşdırma başladılıb.