Türkiyədə güclü yağış bir sıra problemlər yaradıb


Dünya 21 Sen 2020 04:30:00 157 0

Türkiyədə güclü yağış bir sıra problemlər yaradıb

Türkiyənin Artvin bölgəsində güclü yağış nəticəsində ciddi problemlər yaranıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu vilayətin Hopa və Çayeli rayonunda kiçik körpülər və yollar su altında qalıb. Ağaran şəlaləsinin məcradan çıxması ətrafda güclü daşqınlar yaradıb. Borçka-Güreşen, Hopa-Borçka şoselərində nəqliyyatın hərəkəti dayandırılıb.

Meteoroloqlar güclü yağışların davam edəcəyi barədə əhalini xəbərdar ediblər.