Danimarkada uşaq kanalında çəkilən veriliş qalmaqal yaratdı


Digərləri 20 Sen 2020 23:32:00 225 0

Danimarkada uşaq kanalında çəkilən veriliş qalmaqal yaratdı

Danimarkada fəaliyyət göstərən uşaq kanallarından birində yayımlanan şou qalmaqal yaradıb.

"Sputnik Türkiyə" xəbər verir ki, 11-13 yaşlı uşaqların izləyici olaraq qatıldığı şouda "qüsursuz vücud" mövzusu müzakirə olunub.

Proqramın cinsiyyət orqanlarındakı qüsursuzluqlar hissəsində beş nəfər böyük insan studiyada, uşaqların önündə soyunublar. Aparıcı isə uşaqlardan onların bədənləri ilə bağlı istənilən sualları vermələrini istəyib.

Yayımdan sonra baş vermiş hadisələri ciddi tənqidlə qarşılanıb.

Danimarka Xalq Partiyasının rəsmisi Peter Skaarup uşaqların bu yaşda böyüklərin cinsiyyət orqanları ilə bağlı danışmaqlarının yanlış olduğunu, onların erkən yaşda bu cür məlumatları əldə etmələrinin doğru olmadığını bildirib.