Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb


Digərləri 20 Sen 2020 22:41:00 167 0

Sumqayıt sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində baş verən hadisə zamanı 1990-cı il təvəllüdlü Nurullayev Samir Fətulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.