Rusiyada beşmərtəbəli binada partlayışı baş verib,


Dünya 20 Sen 2020 22:39:00 159 0

Rusiyada beşmərtəbəli binada partlayışı baş verib,

Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında qaz sızması səbəbindən partlayış baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb.

Partlayış binanın 2-ci mərtəbəsində olub.

Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin regional şöbəsindən verilən məlumata görə, binanda olan 85 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilib.