Körpələrdə dişçıxarma dövrü: Nələrə diqqət olunmalıdır?


Digərləri 20 Sen 2020 21:15:00 175 0

Körpələrdə dişçıxarma dövrü: Nələrə diqqət olunmalıdır?

Körpələrin inkişafında ən mühüm dövrlərdən biri də diş çıxarma dövrüdür.

Körpələrdə dişçıxarma dövrü necə başlayır? Hansı əlamətlərə diqqət edilməlidir? Bu zaman qidalanma necə olmalıdır? Zəruri hallarda ağrıya qarşı dərman istifadə edəndə nələr nəzərə alınmalıdır?

Son.az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) dişçıxarma barədə məqaləsini təqdim edir: ⠀ 6-7 aylıqdan körpələrdə ilk dişlər çıxır, ancaq bəzən 3-4 aylıq olarkən də dişlər görünməyə başlayır. Dişçıxarma prosesi bəzi hallarda 12-16 ay çəkə bilər.

Diş çıxmağın əlamətləri:

Yuxu pozuntusu İştahın pozuntusu Əlləri dişləmək Ağız suyunun axması ⠀ Körpələrdə dişçıxarma dövrünün başlanğıcı diş ətinin açılmasından başlayır. Yuxarıdakı simptomlar görünməyə başladıqdan sonra ilk dişi görmək 2-3 ay çəkə bilər.

Dişçıxarma dövründə körpənin qızdırmasının 37 dərəcəyə yüksəlməsi normal sayılır. Körpənin 38 dərəcədən yuxarı qızdırması və/və ya ishal olarsa, həkiminizlə məsləhətləşin. İshal və temperatur kimi simptomlar diş ağrısı ilə eyni vaxtda başlayan fərqli bir xəstəliyin əlaməti də ola bilər. Körpələr dişçıxarma zamanı xəstəliklərə daha çox meyilli olurlar və onların sağalması daha çətin ola bilər. Dişçıxarma dövründə qidalanma Dişçıxartma dövründə körpənizin diş əti çox həssas olur, buna görə körpə yeməkdən imtina edə bilər ki, bu da çəki artımını yavaşladır. Yeməkdən imtina edən körpəniz yalnız ana südü və ya süni qida alacaq. İştahadan düşən körpənizə meyvə püresi və su verməklə həm ağrıları aradan qaldırmaq, həm də qida və su itkisinin qarşısını almaq olar.

Dişçıxarma zamanı nə etməli?

Bu dövrdə diş əti çox həssas olduğundan körpənizə mümkün qədər çox isti və soyuq qidalar verməyin. Körpəniz sərin və təravətli alma püresi, qatıq və müxtəlif sıyıqlara üstünlük verəcək. Körpənizə çeynəyə biləcəyi bir şey (soyuq banan və ya yerkökü) verin. Evdə peçenyelər hazırlayıb diş ətini cızmaq üçün verə bilərsiniz. Kərəviz çubuğu da yaxşı alternativdir. Kərəviz sakitləşdirici təsir göstərir. Kərəviz budaqlarını kəsin, yuyun, dondurucuda 10 dəqiqə saxlayın və dişlərini cızmaq üçün körpənizə verin. Bu, plastik dişli alətlərdən daha faydalıdır. Körpəyə kifayət qədər su içizdirin. Bunun üçün evdə sıxılmış sərin şirələr verə bilərsiz ki, bu körpənin kifayət qədər maye qəbulunu təmin etməklə yanaşı zəif qidalanma ilə azalan vitamin və mineralları təmin edəcək. Ümumiyyətlə, 3 yaşda dişlərin hamısı çıxır. Daimi dişlər isə 6 yaşında çıxır. Normal nəzarət üçün bir yaşdan sonra diş həkiminə müraciət etmək olar.

Diş ətinə tətbiq olunan dərmanlar

Bəzi dərmanlar ağrıları aradan qaldırmaq üçün birbaşa diş ətinə tətbiq oluna bilər. Onların tərkibində diş ətini yuyan maddələr var. Bu dərmanlar qısa müddətə kömək edə bilərlər. Bu tətbiq olunarkən körpənin boğazına toxunmamalıdır. Parasetamol və ya ibuprofen kimi dərmanlar da ağrıları azaltmağa kömək edə bilər. ⠀ Süd verərkən dərman istifadə etməmək daha yaxşıdır, çünki dərmanlar başqa bir xəstəliyin səbəb olduğu qızdırmanı yox edə bilər ki, bu da valideyni qızdırmanı yaradan xəstəlikdən xəbərsiz qoya bilər. Körpələrə aspirin də verilməməlidir.